20 Oktyabr 2021 19:56
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin “SinoVac” şirkətinin hazırladığı “CoronaVac” vaksininin üçüncü dozadan 14 gün sonra effektivliyi 56 faizdən 80,2 faizə yüksəlir. Xəstəxanaya yerləşdirilmənin qarşısının alınmasında peyvəndin nisbəti 84 faizdən 88 faizə yüksəlir.

Teleqraf.com xəbər verir ki, şirkət ikinci dozadan sonra verilən üçüncü dozanın təsirli olmadığı iddialarını təkzib edib.

Şirkətdən verilən açıqlamaya görə, üçüncü doza 6-cı aydan sonra verilərsə, antikor aktivliyi artır.

Şirkət digər bütün COVID-19 peyvəndlərində olduğu kimi, "CoronaVac"ın təsirinin də müəyyən bir müddətdən sonra (6 ay) azaldığını bildirib.


Müəllif: Yeganə Oqtayqızı