21 Oktyabr 2021 18:54
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son 4-5 gün özümü çox pis hiss edirdim, taqətim olmurdu ki, telefona cavab verim”.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədri qeyd edib ki, COVID-19-a qarşı peyvəndin ikinci dozasını vurduqdan sonra səhhətində ciddi problem yaranıb: “Hərarətim qalxdı, özümü pis hiss etdim, ağrılarım oldu. Durduğum yerdə tərləyirdim, nəfəs ala bilmirdim. Elə bil ki, xəstəliyi yenidən keçirdim”.

Sərdar Cəlaloğlu qeyd edib ki, hazırda yaxşıdır: “Artıq işə çıxıram. Səhhətim normallaşır”.


Müəllif: Nemət