13 Noyabr 2014 20:34
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun alimləri iqlim dəyişmələri ilə əlaqədar Afinada keçirilən tematik proqramda iştirak ediblər. Tədbirdə institutun direktoru, akademik Ramiz Məmmədov və institutun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov İqlim Dəyişmələri üzrə tematik forumda iştirak ediblər.

Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, görüş Avropa Birliyi üzvləri ilə Şərq Əməkdaşlığı (EaP) ölkələri arasında ikitərəfli siyasət dialoqunu nəzərdə tutan və AB tərəfindən maliyyələşdirilən IncoNet EaP Layihəsi çərçivəsində təşkil olunub. Forumda AFR, Belçika, Niderland, Avstriya, Polşa, Estoniya, Belarus, Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistandan seçilmiş 18 alim iştirak edirdi.

Tədbirdə Qərbi və Şərqi Avropa regionları üçün İqlim Dəyişiklikləri üzrə gələcək prioritet fəaliyyətlər müəyyənləşdirilib və H2020 Horison layihəsinə daxil edilmək üçün təqdim edilib. Forum fikir mübadiləsi üzərində qurulmuş və intensiv müzakirələr şəraitində keçib. Akademik Ramiz Məmmədov “İqlim dəyişmələrinin Xəzər və Qara dəniz sahili zonası ekosistemlərinə təsirinin fənlərarası analizi”, Rövşən Kərimov isə “Karbon tullantılarının azaldılmasına və smart texnologiyaya əsaslanan yaşıl istehsal” adlı mövzu ilə çıxış ediblər. Həmin mövzular H2020 Horison layihəsinə göndəriləcək təkliflər sırasına daxil edilib.

NİGAR


Müəllif: