21 Oktyabr 2021 17:44
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Media Türk” TV-nin dəstəyi ilə Azərbaycan İqtisad Universitetində “Vətən Müharibəsi Qəhrəmanı” şəhid polkovnik-leytenant Anar Əliyevin xatirəsinə həsr olunmuş “Ölməz Qəhrəmanlar” adlı tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə “Media Türk” TV-nin qəhrəmanımız haqqında hazırladığı videoçarx yayınlanıb.

Tədbirin moderatoru “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış edərək Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın daim təbliğ edilməsinin, hər bir şəhidin qəhrəmanlıq salnaməsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan İqtisad Universitetinin prorektoru dosent Şaiq Əsgərov bu cür anım tədbirlərinin tələbələr arasında keçirilməsinin əhəmiyyətini və ödəmini qeyd edib.

Millət Vəkili Fatma Yıldırım çıxış edərək bildirib ki, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan qəhrəmanlarımızın xatirəsi daim xalqımızın qəlbində əbədi yaşayacaq, gənc nəslimizə örənək olacaq.

Tədbirdə son olaraq şəhid komandir polkovnik-leytenant Anar Əliyevin ailə üzvləri öz hislərini bildirib, qəhrəmanlıq zirvəsinə ucalmış bir hərbçinin əmanətləri olmaqdan qürur duyduqlarını ifadə edib, gənclərimizə şəhidlərimizin xatirəsini uca tutmağı tövsiyə ediblər.


Müəllif: Teleqraf.com