21 Oktyabr 2021 22:56
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zənginlər dünyanı yoxsullardan daha çox çirkləndirir.

Teleqraf.com xəbər verir ki, bu, “World Inquality Lab” tərəfindən aparılan araşdırmada məlum olub.

Araşdırmaya görə, 2019 -cu ildə ən varlıların 1 faizi adambaşına ortalama 110 ton karbon qazı emissiyasına səbəb olub. Bu nisbət eyni ildə qlobal karbon qazı tullantılarının 17 faizini təşkil edir. Bütün bu emissiyaların, bu seqmentin istehlak və investisiya davranışından qaynaqlandığı bildirilir.

Dünya əhalisinin ən kasıb yarısı adambaşına cəmi 1,6 ton karbon emissiyasına səbəb olub.

Zəngin insanlar, eləcə də inkişaf etmiş ölkələr, xaricdə istehsal edilən və torpaqlarından idxal edilən məhsullar nəzərə alındıqda daha çox karbon qazı izinə sahibdir.


Müəllif: Yeganə Oqtayqızı