22 Oktyabr 18:14

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 886 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 112 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 320 558, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 024 500, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 296 058 təşkil edir.


Müəllif: Teleqraf.com