22 Oktyabr 2021 23:28
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və respublikanın digər şəhər və rayonlarında şənlik mərasimlərinin genişləndirilmiş tərkibdə monitorinqləri aparılır. COVID-19 pasportu olmadan toy, nişan, ad günü və digər şənlik mərasimlərinin keçirildiyi məkanlara müvafiq dövlət qurumları ilə birgə polisin naryad qrupları cəlb edilib.

Bu barədə Teleqraf.com Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir.

“COVID-19 pasportu və buna bərabər digər müvafiq sənədləri olmayan şəxslər şənlik mərasimlərinə buraxılmır. Şənlik mərasimlərinin təşkilatçılarını və ictimai iaşə obyektlərinin rəhbərlərini qayda və tələblərə ciddi əməl etməyə çağırırıq”, - nazirlikdən bildirilib.


Müəllif: Teleqraf.com