23 Oktyabr 2021 09:58
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Talassemiya xəstəsi olan bacı-qardaşın sizin köməyinizə ehtiyacları var.

Teleqraf.com xəbər verir ki, dörd yaşlı Dilək Ağayeva və iki yaşlı Ayxan Ağayev uzun müddətdir talassemiya xəstəliyindən əziyyət çəkirlər.

Ailənin maddi imkanı uşaqların müalicəsini qarşılamağa kifayət etmir. Uşaqların sağlamlıqlarına qovuşmaları üçün təcili sümük iliyi köçürülməlidir. Sümük iliyi transplantasiyasının qiyməti isə 180 000 dollardır.

Balaca Dilək və Ayxanın yenidən həyata tutunması üçün xalqın dəstəyinə ehtiyacı var. Ailənin iki körpəsinə kömək etmək istəyənlər aşağıdakı bank kartı vasitəsi ilə yardım edə bilərlər.

Uşaqların atası Ağayev Rəis Nazim oğlu ilə +99455 257 80 12 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.


Müəllif: Teleqraf.com