25 Oktyabr 00:25
4 575

Bəzi onlayn kütləvi informasiya vasitələrində guya Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı məlumat dərc olunub.

Məsələ ilə bağlı Neftçala rayon İcra Hakimiyyətindən Teleqraf.com-a bildirilib ki, qeyd olunanlar həqiqəti əks etdirmir. Ümumiyyətlə, belə bir hadisə baş verməyib və kökündən yanlışdır.

İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirməmiş məlumatları yaymamağa çağırıb.

"Bu cür qərəzli informasiyaları dərc etmək qanun qarşısında məsuliyyət yaradır və həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcək".


Müəllif: Teleqraf.com