25 Oktyabr 2021 11:10
276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Teleqraf.com-un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu dəfə “Səyyar qəbul otağ”ı Cəlilabad rayonunda (Cavadxan küçəsində) təşkil olunacaq.

Oktyabrın 26-ı saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


Müəllif: Teleqraf.com