25 Oktyabr 2021 14:40
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” ("Teleradio") İstehsalat Birliyinə (İB) baş direktor təyin edilib.

Bu barədə Teleqraf.com-a qurumdan bildirilib.

Məlumata görə, bu, indiyə qədər baş direkto vəzifəsini müvəqqəti icra edən Mikayıl Abbasovdır.

O, 1970-ci ildə Ermənistanda anadan olub, 1993-cü ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisasını fərqlənmə diplomu ilə bitirib.

M.Abbasov 1994-cü ildə "Telıeradio" İB-nin “Peyk rabitəsi” sexində böyük elektromexanik vəzifəsində işə başlayıb, 1995-ci ildən həmin sexin rəisi olub, 1998-ci ildən Peyk və radio-televiziya yayımı müəssisəsinin baş mühəndisi vəzifəsində çalışıb, 1999-ci ildən Texniki şöbənin rəisi vəzifəsində çalışıb, 2004-cü ildən İB-in baş mühəndisi, 2006-cı ildən texniki direktoru vəzifəsinə təyin olunub, bu ilin mart ayından isə baş direktor vəzifəsini müvəqqəti icra edib.

O, 2007-ci ildə Rabitə Nazirliyinin əmri ilə "Rabitə ustası" adı, 2008-ci ildə isə ölkə prezidentinin sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adı alıb, 2017-ci ildə isə dövlət başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

M.Abbasov türk, rus, ingilis dillərini bilir, ailəlidir, iki övladı var.


Müəllif: Teleqraf.com