25 Oktyabr 16:49
227

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 366 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 251, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 115 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 383 669, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 060 409, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 323 260 təşkil edir.


Müəllif: Teleqraf.com