25 Oktyabr 2021 20:02
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun feysbuk səhifəsində kobud səhvlərə yol verilib.

Teleqraf.com xəbər verir ki, səhvlər Fondun sosial şəbəkələrdə məşhur kimyaçı alim Yusif Məmmədəliyevlə bağlı paylaşdığı materialda aşkarlanıb.

İlk səhv "nailiyyət" sözü ilə bağlıdır. Fondun nümayəndəsi bu sözü "naliyyət" kimi yazıb. Hətta əvvəlki bütün paylaşımlarda da "naliyyət"dən istifadə olunub. "İ" hərfini Elmin İnkişaf Fonduna "güzəşt"də getmək olardı, "oktan"la "oktava" sözünü qarışdırmasaydılar...

Elmin İnkişaf Fonduna xatırlatmaq istərdik ki, oktava - qammanın səkkizinci pilləsi, habelə müxtəlif yüksəklikdə olan ən yaxın eyniadlı səslərarası interval deməkdir. Oktan isə - daxiliyanma mühərrikləri üçün yanacağın detonasiyaya davamlılığını xarakterizə edən göstərici deməkdir.


Müəllif: Teleqraf.com