26 Oktyabr 2021 11:15
360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda iki yeni medal təsis edilir.

Teleqraf.com-un məlumatına görə, bununla bağlı məsələ Milli Məclisdə müzakirə olunacaq.

Belə ki, parlamentin oktyabrın 29-da keçiriləcək plenar iclasında “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılacaq.


Müəllif: Teleqraf.com