26 Oktyabr 14:56

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 233 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 348, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 885 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 424 902, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 086 757, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 338 145 təşkil edir.


Müəllif: Teleqraf.com