27 Oktyabr 2021 12:17
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin dekabr ayında Təhsil Nazirliyi və DİM-in müraciəti əsasında Nazirlər Kabineti 2017-ci ildə qəbul olunmuş ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişikliklər etdi.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yeni qərara əsasən beynəlxalq münasibətlər, regionşünaslıq ixtisaslarını üçüncü ixtisas qrupuna əlavə edildi:

"Həmin ixtisaslarda təhsil alanların coğrafiya fənnindən biliklərinin olması vacibdir. Buna görə də 3-cü ixtisas qrupuna coğrafiya fənni əlavə edildi. Təbii ki, suallar çoxdur. İkinci ixtisas qrupuna qəbulda 13 642 ixtisas qrupu var idi, 16 mindən çox müraciət oldu. Bu zaman cəmi 6 min nəfər 150 baldan çox bal topladı.

İkinci qrupa gələn abituriyentlər əsasən maliyyə ixtisasını seçirdilər. Təxminən 500 nəfər 2-ci ixtisas qrupunda yalnız beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarını seçirdilər. Buna səbəb o idi ki, onlar tələb olunan 200 balı toplamamışdılar. Ali məktəblər isə istəyirlər ki, həmin yerləri savadlı tələbələr tutsunlar".

Məleykə Abbaszadə qeyd edib ki, rəqəmləri müqayisə etdikdə təxminən 4 min abituriyentin ixtisas seçimindən kənarda qalacaq: "3-cü ixtisas qrupunda 2000 nəfər bakalavrlar müsabiqəyə qatıldı. Biz boş qalan yerlərə ixtisas seçimi elan edəndə çox abituriyent ikinci ixtisas qrupunun beynəlxalq münasibətlər ixtisasını seçmək istəyirdilər. Bu isə qaydalara zidd idi.

Üçüncü qrupa hazırlaşan şəxslər ola bilər ki, bu ixtisasları istəmirlər. Təbii ki, üçüncü qrupa hazırlaşan məcbur deyil ki, coğrafiya üzrə hazırlaşsın. Bəzi saytlar bu mövzuda yanlış başlıqlar qoyublar.

Abituriyentlər üçün yeni imkanlar yaradılıb, üçüncü qrupa hazırlaşan abituriyentlər hazırlaşdıqları ixtisas üzrə coğrafiya fənnindən imtahan verəcəklər. Beynəlxalq münasibətlər ixtisasını seçəcək abituriyentlər əlavə fənn üzrə imtahan verməyəcəklər. Onlara imtahanda ana dili, tarix və coğrafiya fənnindən kitabça təqdim olunacaq".

Məleykə Abbaszadə qeyd edib ki, bu qərar universitetlərin DİM-ə müracitinə əsaslanır: "Məqsəd odur ki, bu ixtisasları seçənlər heç olmasa orta məktəb çərçivəsində proqramla tanış olsunlar. Qərar 2023-cü il qəbuluna aiddir".


Müəllif: Aysel Azad