27 Oktyabr 2021 12:15
286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Siyəzən rayonunda təşkil olunacaq.

Teleqraf.com-un İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, "Azəriqaz"ın rəhbər şəxsləri rayonun Xətai küçəsində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” oktyabrın 28-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.


Müəllif: Teleqraf.com