27 Oktyabr 2021 21:26
246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunun Soltanabad kəndində ümumi sahəsi 130 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Ağcabədi rayonunun Cəfərbəyli kəndində isə ümumi sahəsi 224 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 124 m² sahədə, mətbəxində 6 p.m mebel və 3 ədəd məişət avadanlığı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com