14 Noyabr 2014 12:38
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi, bu məqsədlə onların peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulur.

Bu barədə Teleqraf.com-a Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN ilə Ədliyyə Nazirliyi arasında imzalanmış müvafiq sazişə əsasən, bu ilin ötən dövründə penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 230 nəfər şəxs peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan 32 nəfəri qadınlar, 16 nəfəri isə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Tərbiyə müəssisəsindəki uşaqlar olub.

Kurslar penitensiar müəssisələrin mövcud peşə məktəblərinin bazasında dərzi, dülgər-xarrat, kompyuter istifadəçisi, kompyuter texnikasının təmiri, bərbər-manikürçü peşələri üzrə təşkil edilib. Məhkumların kursları bitirmə vaxtı onların cəzaçəkmə müddətinin başa çatması vaxtı ilə təxminən eyni dövrə düşür. Kurslara cəlb olunanlardan 110 nəfəri artıq peşə kurslarını uğurla başa vurub.

Naibə


Müəllif:

Oxşar xəbərlər