2 Noyabr 2021 16:36
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19-a qarşı yeganə çıxış yolu peyvənddir. Ancaq dünyanın demək olar ki, hər yerində peyvəndin təsirlərindən narahat olanlar var.

Teleqraf.com ABŞ-da aparılan tədqiqatlara görə, insanların ən böyük narahatçılığ peyvəndin uşaqlarda sonsuzluq riskini artırmasıdır.

5-11 yaşlı uşaqların valideynlərinin 66 faizi peyvəndlərin gələcəkdə uşaqlarda sonsuzluq yaradacağından narahat olduqlarını bildiriblər.

ABŞ Xəstəliklərin Kontrolu və Profilaktikası Mərkəzi açıqlayıb ki, COVID-19 peyvəndlərinin sonsuzluq kimi problemlərə səbəb olduğuna dair heç bir sübut yoxdur.

Məsələyə Amerika Pediatriya Akademiyası da münasibət bildirib. Akademiya da hesab edir ki, bununla bağlı heç bir sübut yoxdur. Peyvəndin klinik sınaqlarında qeyd olunan məsələ xüsusi olaraq araşdırılmasa da, uşaqlar arasında sonsuzluğa səbəb olma kimi hal qeydə alınmayıb.

Buna baxmayaraq ailələrin üçdə ikisi hələ də narahatdır. 12-17 yaşlı uşaqları olan valideynlərin 31 faizi, 5-11 yaşlı uşaqlarının isə 30 faizi övladlarını peyvənd etməyəcəklərini bildiriblər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər