4 Noyabr 2021 00:55
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com günün qoroskopunu təqdim edir.

Qoç - dürüst qərarlar qəbul etməyə imkan verən uğurlu gündür. İşdə ciddi problemlərin öhdəsindən gələcəksiniz. Mühüm işgüzar münasibətləri bərpa edin. Düşünülmüş addımlar nüfuzunuzu daha da möhkəmlətməyə imkan verəcək. Bəzi hallarda sərt davranaraq peşəkar müstəvidə inkişafınız üçün şərait yaradın.

Maliyyə situasiyası stabildir. Kiçik gəlirlər istisna deyil.

Ailədəki münasibətlərdə problemlər yaranmayacaq. Ailə üzvləriniz sizə qayğı göstərəcək, amma müstəqillik və sərbəstliyinizə müdaxilə etməyə cəhd göstərməyəcəklər. Azadlığınızı dar çərçivəyə salmayın. Qısqanclıq üçün səbəb yaratmayın, münaqişəyə rəvac verməyin.

Buğa - səyləriniz müsbət nəticə verəcək. Son vaxtlar sizi narahat edən bəzi məsələləri həll edə biləcəksiniz. İşdəki fikir ayrılıqları, şərik və ya tərəfdaşlarla mübahisələr arxada qalacaq. Həmkarlarınız və rəhbərliklə asanlıqla dil tapa biləcəksiniz. Nüfuzlu insanın diqqətini layihənizə cəlb edin.

Alış-veriş üçün uğurlu gün deyil. Evdə məişət texnikası ilə bağlı texniki problemlər yarana bilər.

Səfər və ya səyahəti təxirə salın. Bu gün evdə, ailənizlə birlikdə istirahət edin.

Qohumlarınız və sevdiyiniz insanla asanlıqla dil tapacaqsınız. İmicinizi yeniləyin.

Axşam saatlarında stressdən qurtulun.

Əkizlər - gün hadisələrlə zəngindir. Darıxmağa vaxt tapmayacaqsınız. Yaradıcılıqla məşğulsunuzsa, maraqlı təkliflər alacaqsınız. İşiniz yerdəyişmələr və ya tikini sahəsindəsindədirsə, yeni sifariş istisna deyil.

Yeni tanışlıqlar, qeyri-formal şəraitdə aram söhbət işgüzar münasibətlərin təməlini qoya bilər. Fəqət, vədlərə inanmayın. Hadisələrin inkişafı tərəfdaşlardan birinin planları dəyişməyə vadar edə bilər.

Şəxsi münasibətlər müstəvisində uğurlu, düşərli gündür. Gözləntiləriniz doğrulacaq, hissləriniz cavab alacaq. Tələsməyin, illüziyaların əsarətinə düşməyin.

Xərçəng - gün mürəkkəb və qarışıqdır. Qəlizlik hansısa əlahiddə problemlər və ya çətinliklərdə yox, baş verənlərə sizin münasibətinizdədir. Sizi hər xırda məsələ, kiçik detal qıcıqlandırır. Həmkarlarla yaxınlarınız sanki səbrinizi sınağa çəkmək üçün yarışa giriblər. Uğurlar sizi sevindirməyə bilər.

Hətta səfərə və ya səyahətə çıxmaq imkanı belə sizi sevindirmir, nikbinlik bəxş etmir. Halbuki səfər çox uğurlu alına bilər.

İnsanların gur olduğu yerə yollanmayın.

Axşam saatlarında özünüzü ailədə, zəifliklərinizə bələd olan insanların əhatəsində daha yaxşı hiss edəcəksiniz.

Şir - səbrsiz, kəmhövsələ olmayın. Məntiqli və soyuqqanlı olsanız, çox böyük uğurlar əldə edə bilərsiniz. Hər məsləhətə qulaq asmayın, intuisiyanıza güvənin. İçgüdü bu gün sizi dar ayaqda qoymayacaq. İstənilən formada əməkdaşlıq üçün əlverişli zamandır. Birgə fəaliyyət sizə yeni biliklər və faydalı təcrübə verəcək.

Ailə üzvlərindən birinin problemini çözmək çətin deyil. Qohumların gözündə cəsarətli və uğurlu insan olacaqsınız. Sevdiyiniz insanın sizə münasibəti ironikdir. Amma onun "iynəli" sözləri əhvalınızı yaxşılaşdıracaq. Dostlardan xoş sürpriz, köhnə tanışlardan birinin qəflətən qonaq gəlməsi mümkündür.

Qız - gözlənti və planlarınızın bəziləri reallaşmaya bilər. Ağır, sizin üçün əsla maraqlı olmayan işi yerinə yetirmək ehtiyacı ilə qarşılaşacaqsınız. Yeni planınız barədə həmkarlarınız və işdə rəhbərliyə danışın. Mühüm işlərdə özfəaliyyət o qədər də xeyirli deyil.

Yaxın gələcəklə bağlı niyyətlərinizi etibar etdiyiniz insanla müzakirə edə bilərsiniz.

Məntiqli, soyuqqanlı olun, hesablamalar və təxminlərdə yanılmayın.

Şəxsi münasibətlərdə problemlər ehtimalı azdır. Bu sahədə pozitiv təmayüllər daha çoxdur.

Günün ikinci yarısında qəfil iş çıxacaq və proseslərin axarı tamamilə yenilənəcək.

Axşam saatlarında aktiv istirahətə üstünlük verin.

Tərəzi - uğursuz, əlverişli olmayan gündür. Narahatlıq və təlaş üçün ciddi səbəblər olmasa da, özünüzü naqolay hiss edirsiniz. Xırda məsələlərə görə təşvişə düşərək stressə qapılmayın. Çalışın, fikrinizi işə yönəldin. Yaxın insanlarla ünsiyyətdən həzz alın.

Günün ikinci yarısında bir qədər tək qalın, müstəqil fəaliyyət göstərin.

Qısamüddətli səfər və ya səyahət üçün yaxşı gündür.

Alış-verişə çıxın. Maliyyə məsələlərini yaxşı düşünün, çünki pulu xərcələmək asan, onu qazanmaq çətindir.

Əqrəb - günün axarı və proseslərin məcrası sizdən asılı olmasa da, davranışa nəzarət əlinizdədir. Səd və maneələrdən qorxaraq geri çəkilməyin, ruhdan düşməyin. Qətiyyətlə səbr istənilən problemin öhdəsindən gəlməyə imkan verəcək.

Təxribata uymayın, rəqib və ya bədxahın tələsinə düşməyin. Bunun üçün emosional olmayın, hisslərinizin əsirinə çevrilməyin. Münaqişəyə səbəb olmayın, uzun zamandan bəri gözlədiyiniz görüşü qısqanclıqla bərbad etməyin. Qisas yanğısı ilə yanmayın, çünki belə hisslər münasibətlərin normal aydınlaşdırılmasına rəvac vermir.

Günün ikinci hissəsinin normal axarı olacaq. İşdəki tapşırıq və öhdəlikləri normal ritmdə icra edin. Vaxtınızı itirməyin, boş söhbətlərə qatılmayın. Situasiyanın tələb etdiyi real işlərlə məşğul olun.

Rəhbərlik sizin çalışqanlığınızı görəcək və bu, maddi durumunuza təsir edəcək.

Oxatan - planlarınızı gerçəkləşdirmək üçün çalışmaq gərəkdir. Sizə təmənnasız yardım etmək istəyəcək adamları tapmaq çətindir. Buna görə də müstəqil işə, yaxud da istənilən xidmətin haqqını ödəməyə hazır olun. Öhdəsindən gələ bilməyəcəyiniz məsələ, iş və ya tapşırıq yoxdur. Uğura mane ola biləcək yeganə ünsür özünüzə inamın itməsidir. Heç bir halda, heç bir vəziyyətdə ruhdan düşməyin.

Günün ikinci yarısında romantik münasibətlər rəvan və harmonik olacaq. Əlaqələr möhkəmlənəcək, hisslər xüsusi qüvvə kəsb edəcəklər.

Sizin üçün önəmli insanlarla görüşmək üçün əla gündür. Onlarda xoş təəssürat yarada bilərsiniz.

Oğlaq - yaxın insanlarla münasibətlərdə səmimi olun. Əsl hisslərinizi laqeydlik və ya dəmir sakitlik maskası altında gizlətmək cəhdləri uğurlu olmayacaq. Hisslər, niyyətlər və istəkləriniz barədə danışsanız, yaxın ətrafınızdakı insanlar sizi tez anlaya biləcəklər.

Şəxsi problemlərinizdən gizlənməyə çalışmayın. Belə davranış taktikası sonradan təəssüf və pərişanlıq yaradır.

İşdə və ya fəaliyyətinizdə problemlər günün ikinci yarısında yarana bilər. Yeni təkliflər alacaqsınız. Həmin təkliflərdən birinə uyaraq əvvəlki öhdəlik və vədləri unutmayın. Gəlir istisna deyil.

Alış-verişdə bədxərclik etməyin.

Dolça - sadə, asan və rahat gündür. Ciddi problemlər və ağır sınaqlar olmayacaq. Qərarlarınız doğru, düşünülmüş olsun. Tələsik addımlar atmayın, işləri vaxtında başa vurun. İndiyədək irəliləyişinizə mane olan sədləri dəf etmək və sizi narahat edən situasiyanı aydınlaşdırmaq şansları var.

Romantik hisslərə qapılmayın, reallıqla illüziyanı səhv salmayın. Dəyər verdiyiniz insanla münasibətlərə süni sərinlik qatmayın. Yeknəsəklik və dəyişməzliyi qəbul etmirsinizsə, yaşam arealında yeniliklər edin.

Aktiv həyat mövqeyi tutun ki, müsbət emosiyalar yaşayasınız.

Balıqlar - işdə uğurlar əhəmiyyətlidir və onları görməmək mümkün deyil. Lakin sizin qələbələrinizi dostlarınızla bahəm, bədxahlarınız da görür. Rəqiblər və bədxahlar paxıllıqdan qovrularaq sizə pislik etməyə çalışacaqlar.

Amma günün pozitiv təmayülləri çox güclü olduğundan sizə kimsə pislik edə bilməyəcək.

Yaxınlarınızla münasibətləriniz rəvan və harmonikdir. Macəra, sərgüzəşt, romantika istəyirsinizə, bunu təmin etmək üçün aktiv olmalısınız.

Yaradıcılıq potensialınız yüksəkdir. İrəliləyişlə bağlı problem yaranmamalıdır.

Milli.Az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər