14 Noyabr 2014 14:26
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində fəaliyyət göstərən Din Xadimlərini Təkmilləşdirmə Kurslarının növbəti - dördüncü buraxılışı olub.

QMİ-dən Teleqraf.com-a verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə şeyxülislam Allahşükür Paşazadə çıxış edib. O, kursların fəaliyyətini Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirib və bu layihəyə verdiyi maddi-mənəvi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

QMİ sədri təkmilləşdirmə kurslarını bitirən müdavim-ruhanilərin qarşısında böyük öhdəliklər olduğunu söyləyib. O, müqəddəs İslam dininin cəmiyyətimizə doğru-düzgün çatdırılmasının vacibliyini vurğulayıb: “İslamın düzgün təbliğ olunmamasının nəticəsidir ki, bəzi gənclərimiz bizlərdən uzaqlaşaraq təsir altına düşür və cihad adı ilə başqa ölkələrə gedirlər. Biz dinimizi düzgün təbliğ etsək belə halların qarşısı alınar”.

Həmçinin, A.Paşazadə təkmilləşdirmə kurslarının din xadimlərinin bilik və dünyagörüşü səviyyəsinin daha da artırılması baxımından olduqca mühüm rol oynadığını və bu kursların bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Sonra QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev müdavim-ruhanilər qarşısında çıxış edib və onlara öz tövsiyələrini verib.

Daha sonra din xadimlərinə təkmilləşdirmə kurslarını bitirmələrini təsdiq edən sertifikatlar təqdim olunub.

Tədbirin sonunda QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli müdavimləri təbrik edib və onlara öz xeyir-duasını verib.

Qeyd edək ki, tədbirdə QMİ sədrinin müavini Hacı Fuad Nurullah, QMİ-nin aparat rəhbəri Simran Həsənov, QMİ-nin təşkilat şöbəsinin müdiri Hacı Əlirza Qafarov və digərləri də iştirak ediblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər