4 Noyabr 2021 15:06
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Abşeron yarımadasında havada toz dumanı müşahidə olunması barədə məlumat yayıb.

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova Teleqrafrend-ə bildirib ki, Bakı və Abşeron yarımadasında şimal-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur. Hazırda Bakı və Abşeronda havada tozun miqdarı normadan 2.5 dəfə çoxdur:

"Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır”.

G.Abbasovanın sözlərinə görə, belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər