5 Noyabr 2021 22:19
320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhid ailələri və qazilərə dəstək kampaniyası çərçivəsində Rusiyanın Udmurtiya Muxtar Respublikasında fəaliyyət göstərən Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin təşkilatçılığı ilə növbəti ianə Ağcabədi rayonundan olan şəhid Tariyel Atayevin ailəsinə edilib. Bu təşəbbüsün həyata keçirilməsi üçün Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) dəstək göstərib.

Bu barədə Teleqraf.com BAMF-a istinadən xəbər verir.

BAMF-ın prezidenti Umud Mirzəyev bildirib ki, şəhid Tariyel Atayevin həyat yoldaşı, Ağcabədi rayonunun Minəxorlu kənd sakini Atayeva İlhamə Şakir qızı və iki azyaşlı övladı üçün tam təmirli üç otaqlı fərdi yaşayış evinin tikilməsi işləri davam edir:

“44 günlük Vətən müharibəsinin birinci ildönümü ərəfəsində hər birimiz öz borcumuzu ən xırda ianələrlə belə yerinə yetirməliyik. ailəsinin ehtiyacı olduğu isti ocağın tikilməsi və şəhid ailəsinin istifadəsinə verilməsi üçün BAMF olaraq əlimizdən gələni edirik”.

Qeyd edək ki, əsgər Tariyel Atayev Vətən Müharibəsində Füzuli, Ağdərə, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə fərqlənib. İgid döyüşçü Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

U.Mirzəyev əlavə edib ki, Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin nümayəndələrinin Azərbaycana ötən səfəri zamanı Ağcabədi rayonunun Nəcəfqulubəyli, Minəxorlu, Hacıbədəlli kəndlərində və rayon mərkəzində 10-a yaxın şəhid ailəsi ilə görüş keçirilib, hər bir ailənin ehtiyacları və mənzil şəraiti öyrənilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər