6 Noyabr 2021 23:56
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pfizer” tərəfindən istehsal olunan həblərin koronavirusa qarşı effektivlik dərəcəsi açıqlanıb.

Teleqraf.com-un xəbərinə görə, ötən sutka İngiltərə Əczaçılıq və Sağlamlıq Məhsullarını Tənzimləmə Şurası “Merck & Co” tərəfindən hazırlanmış “Molnupiravir” adlı COVID-19 həbinin istifadəsinə icazə verib.

“Merck & Co” keçən ay həblərin koronaya yoluxanların ölüm və xəstəxanaya yerləşdirmələri nsibətini 50% azaltdığını açıqlamışdı.

Bundan bir gün sonra “Pfizer” COVID-19 üçün hazırladıqları antiviral həbin effektivliyini açıqlayıb. Şirkət həbin xəstəxanaya yerləşdirmənin və koronavirusdan ölümün 89% qarşısını aldığını bildirir.

“Pfizer”in bu araşdırması 1 219 COVID-19 xəstəsi üzərində aparılıb. Tədqiqatdakı test qrupu yüngül və orta dərəcədə COVID-19 diaqnozu qoyulmuş, eləcə də piylənmə və qocalıq kimi ən azı bir ciddi risk daşıyan insanlardan ibarət olub. Dərman xəstələrə simptomların başlamasından 3 və 5 gün sonra verilib.

Nəticələrə görə, simptomlar başlayandan 3 gün sonra dərman qəbul edənlərin 0,8%-i xəstəxanaya yerləşdirilib. Müalicədən 28 gün sonra onların heç birinin ölmədiyi müəyyən edilib.

Şirkət hələlik dərmanın yan təsirini açıqlamayıb. 2021-ci ilin sonuna qədər 180 min paket həb istehsalı, 2022-ci ilin sonuna qədər bu rəqəmin ən azı 50 milyona yüksələcəyi proqnozlaşdırlıır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər