6 Noyabr 2021 14:43
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İmişlidə 11 yaşlı qızla bağlı baş vermiş hadisə Azərbaycanın milli-əxlaqi dəyərlərinə ziddir".

Teleqraf.com xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O qeyd edib ki, bütün cəmiyyət 11 yaşlı qızla bağlı baş verən hadisəni qınayır: "Bu və buna oxşar digər məsələləri daim nəzarətdə saxlayırıq, aidiyyətı dövlət qurumları da ciddi tədbirlər görüb. Bizim işimiz Bakı və regionlarda əhalinin maarifləndirmə işinin gücləndirilməsidir. Nə qədər maarifləndirmə güclü aparılsa, bu işin o qədər effektiv olacağını görəcəyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər