8 Noyabr 2021 18:55
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış rejissor Cəlal Kəngərli 8 noyabr-Azərbaycanın Şanlı Zəfər Günü münasibətiylə maraqlı video-rolik hazırlayıb.

"Zəfər və cənnət alnımıza yazılıb" adlı videoda 18-ci əsrdən bəri Şuşanın başına gətirilən müsibətlər, Azərbaycanın tarix boyunca sinə gərdiyi davalar və 2020-ci ildə qazanılan böyük qələbə nümayiş etdirilir.

Videoda Xalq artisti Nurəddin Mehdixanlının səsiylə əks olunan bu tarix 2020-ci ilin 8 noyabrında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağın tacı, mədəniyyət beşiyi Şuşanın azadlığını elan etməsiylə özünün ən şanlı dövrünə qədəm qoyur. Rejissor bir neçə dəqiqəlik videoda Azərbaycanın hərb tarixiylə yanaşı, qədim mədəniyyətini də əks etdirib.

"Zəfər və cənnət alnımıza yazılıb" adlı video-rolikdə rollarda Bəhruz Vaqifoğlu, Əliyev Kəbləmi, Xan Babaxanlı, Səbinə Hacıyeva, Elmin Qiyaslı, Kamil Əliyev, Yusif Məmmədzadə, Elnur Rzayev, Amin Əhmədzadə, Omar Əhmədzadə və Asiya Musayeva çəkiliblər. Montaj Tural Məmmədliyə aiddir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər