Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tviterdəki səhifəsində Zəfər Günü ilə bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, Hikmət Hacıyev yazıb:
“8 Noyabr Şuşada və Bakıda Qələbə Gününə həsr olunmuş musiqi atəşfəşanlığı. Qarabağın və xüsusilə Şuşanın Ermənistanın 30 illik işğalından və müstəmləkəçiliyindən azad edilməsini simvolizə edən yeni tarix Azərbaycanın milli təqviminə daxil edilib”.