9 Noyabr 2021 17:48
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sübhnur Tədris Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş "44 günlük dastan" adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk olaraq aparıcı qismində Sübhnur Tədris Mərkəzinin rəhbəri Gülnarə Hüseynova və jurnalist Sevinc Rəcəbova çıxış ediblər. Daha sonra Milli Məclisinin deputatı Könül Nurullayeva, AMEA-nın filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev, Peşəyönümlü Təhsilin inkişafına dəstək İctimai Birliyinin sədri İradə Əlili, Yazıçılar Birliyinin üzvü Azadə Novruzova 44 günlük Vətən Müharibəsi haqqında danışıblar.

Tədbirdə iştirak edən qazi Ülvi Qədir və silahdaşları vətən müharibəsi ilə bağlı xatirələrini qonaqlarla bölüşüblər.

Daha sonra Prezident İlham Əliyevin zəfər çıxışlarından ibarət video-çarx təqdim olunub. Sübhnur Tədris Mərkəzinin şagirdləri və Aysu Türkel tərəfindən "Zəfər" şeiri səsləndirilib.

Tədbirin davamında isə "Xarıbülbül”, "Qarabağ" qrupunun rəhbəri Asim Pirimov və xanəndələrin ifasında "Azərbaycan", "Xudayar Təsnifi" musiqiləri təqdim edilib.

Tədbirin sonunda Vətən müharibəsinin qaziləri və şəhid ailələri səhnəyə dəvət edilərək, onlara kitablar və təşəkkürnamə təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər