"Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycan gömrükçüləri növbəti uğurlu əməliyyatlarını həyata keçiriblər".
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri (DGK) Səfər Mehdiyev deyib.
"Ümumi çəkisi 622 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb", - o bildirib.