11 Noyabr 2021 11:29
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur xəbər aparıcısı Jalə Həsənlinin 8 noyabr- Zəfər Günü təşkil olunan konsertdə başına iş gəlib.

Teleqraf.com xəbər verir ki, o, aparıcısı olduğu Dənizkənarı Milli Parkdakı konsertdə səhnədən yıxılaraq xəsarət alıb.

Aparıcı bu haqda belə yazıb: "Necə deyərlər, igid odur, atdan düşə atlana, igid odur, hər əzaba qatlana. Yıxılsam da, ayaqdayam. Maraqlanan dostlar, hər birinizə təşəkkür edirəm. Narahat olmayın, qolum 2 nahiyədən sınıb, həkim toparlamağa çalışıb. Hər şey əladır, buna da şükür".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər