11 Noyabr 2021 16:19
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mononükleoz virusu demək olar ki, COVID-19 virusu ilə eyni simptomları daşıyır.

Teleqraf.com xəbər verir ki, mononükleoz mono da adlanır, insanların çoxunun xəbəri olmayan xəstəliklərdən biridir. COVID-19 kimi müalicə tələb edir.

Yoluxucu xəstəlik olan mononükleoz adətən Epstein-Barr virusundan qaynaqlanır. Amerika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin ekspertlərinə görə, mono adətən bədən mayeləri vasitəsilə yayılır və tüpürcəkdə cəmləşir. Virus cinsi əlaqə, qan və ya orqan transplantasiyası yolu ilə də ötürülə bilər. Epstein-Barr virusuna yoluxmuş hər dörd nəfərdən ən azı birində mononükleoz inkişaf edir. Simptomlar infeksiyadan 4-6 həftə sonra özünüzü göstərir.

Hərarət, boğaz ağrısı, baş və bədən ağrıları, gərginlik, limfa şişməsi, qaraciyər və ya dalağın şişməsi kimi əlamətləri daha çox yayılıb.

Bu simptomlar arasında mononu digər xəstəliklərdən fərqləndirən cəhət limfa düyünlərinin şişməsidir. Təbii ki, hər kəsdə eyni anda bütün bu simptomlar müşahidə olunmur. Epstein-Barr virusuna yoluxan və mono inkişaf edən insanların əksəriyyəti 2-4 həftə ərzində sağalır. Bəzi insanlarda simptomlar yüngülləşə və sonra bu şəkildə ağırlaşa və azala bilər.

COVID-19 ilə müqayisədə mono virusunun diaqnozu asan deyil. Fərqi izah etmək üçün limfa düyünlərinin, badamcıqların, qaraciyərin və dalağın şişkinliyinə baxılmalıdır. Qan analizi ilə də diaqnoz qoyula bilər.

Mononun müalicəsi üçün xüsusi dərman yoxdur. Bol su içmək, ağrı və qızdırma salan dərmanlar qəbul etmək tövsiyə olunur. Mono dalağın şişməsinə səbəb olduğuna görə dalağın yırtılması riskinə qarşı bəzi idman hərəkətlərindən qaçmaq lazımdır.

Əgər mono virusuna yoluxmusunuzsa və özünüzü yaxşı hiss edirsinizsə, evdə qalmağa ehtiyac yoxdur. Simptomlarınız azalmağa başlayanda virusa yoluxma ehtimalınız azalır. Bununla yanaşı, başqaları ilə ümumi əşyalardan istifadə etməməli, əl gigiyenasına diqqət yetirməli və yaxın təmasdan qaçmalısınız.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər