15 Noyabr 2014 00:20
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov cümə günü Kiyev və bütün Ukraynanın Patriarxı Filaret ilə görüşüb.

Trend-in Alyansa istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər Ukraynanın sosial-siyasi vəziyyətini müzakirə ediblər.

E. Məmmədov bildirib ki, alyansın əsas məqsədi Azərbaycan və Ukrayna xalqları arasında dostluq əlaqələrini daha da yüksəltməkdir.

Azərbaycan Ukrayna Beynəlxalq Alyansın sədri sonda Kiyev və bütün Ukraynanın Patriarxı Filaretə müqəddəs Qurani-Kərim kitabını hədiyyə edib.


Müəllif: