12 Noyabr 2021 17:17
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) peşə təhsili pilləsi üzrə inklüziv tədrisin tətbiqi istiqamətində fəaliyyətlərə start verib.

Teleqraf.com xəbər verir ki, Aİ-nin maliyyələşdirdiyi “Gələcək üçün Peşə Təhsili” layihəsi çərçivəsində ölkədə ilk dəfə olaraq inklüziv peşə təhsili istiqamətində təlim proqramı həyata keçirilib.

Peşə təhsilində inklüzivliyin təşviqi proqramı sahə üzrə uzunmüddətli təcrübəyə malik mütəxəssis Dr.Peter Grimes tərəfindən tədris edilir. Üçgünlük proqramda Bakı, Gəncə, Şəki, Cəlilabad və Lənkəran peşə təhsil müəssisələrində çalışan müəllimlər, istehsalat təlimi ustaları üçün müvafiq təlimlər keçirilir və sağlamlıq imkanları məhdud olan şəxslər üçünpeşə təhsili pilləsində tədris üzrə pedaqoji təlim dəstinin istifadəsi izah edilir.

Təlimlər vasitəsilə iştirakçılar peşə təhsilinin tədrisində inklüzivlik, maneələr və həll yollarıbarədə müzakirələr aparır, universal öyrənmə mühitinin təşkili barədədaha ətraflı məlumat əldə edirlər.

Proqramın məqsədi peşə təhsilində inklüzivliyi təşviq etmək və bu istiqamətdə müasiryanaşmaların tətbiqinə dəstək olmaqdır.

Sözügedən təlim proqramı, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.


Müəllif: Nemət

Oxşar xəbərlər