12 Noyabr 2021 18:06
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin yeganə qaz təchizatçısı olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin başlatdığı “Açıq qapı” aksiyası davam edir.

Teleqraf.com-un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya çərçivəsində Birliyin Baş direktoru Ruslan Əliyev bu gün növbəti dəfə Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə görüş keçirib. Sayca 4-cü dəfə təşkil olunan aksiyada Baş direktor media nümayəndələrinin ünvanladıqları bütün sualları cavablandırıb.

KİV nümayəndələri ilə daha şəffaf və operativ əlaqə yaratmaq üçün “Azəriqaz” İB media nümayəndələrinə hər həftənin 5-ci günü “Açıq qapı” aksiyasının imkanlarından istifadə edərək, onları maraqlandıran sualları birbaşa olaraq Birliyin Baş direktoruna ünvanlamaq üçün şərait yaradır.

Qeyd edək ki, media nümayəndələri üçün “Açıq qapı” aksiyasında iştirak etmək tamamilə könüllüdür. O, hər həftənin cümə günü “Azəriqaz” İB-nin inzibati binasında təşkil olunur. Mətbuat nümayəndələri ilə keçirilən görüş Birliyin rəsmi “Facebook” səhifəsində canlı yayımlanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər