15 Noyabr 2021 12:01
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteninin stansiyalarına daxil olarkən vətəndaşların COVID pasportları yoxlanılır.

Hadisə bu gün səhər saatlarında Teleqraf.com-un əməkdaşı Hacı Zeynalovun başına gəlib.

20 Yanvar metrostansiyasının girişində polis əməkdaşı onu və bir neçə şəxsi saxlayaraq yoxlanış aparıb və “Aktiv xəstə sayına görə COVID pasportlarını yoxlayırıq” – deyə qeyd edib.

Məsələni araşdırmaq üçün Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev ilə əlaqə saxladıq.

O bildirib ki, aparılan yoxlanışın məqsədi aktiv koronovirus xəstələrini aşkarlamaqdır:

“Aktiv COVID xəstələrinin metropolitenə daxil olması üzrə bəzi stansiyalarda sərnişinlərin daxil olarkən şəxsiyyət vəsiqələrinə baxılır. Lakin metro və digər ictimai nəqliyyat vasitələrindən istifadə ilə bağlı Bakı şəhərində COVID pasportu tələb olunmur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər