“2022-ci ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 884 milyon maliyyə ayrılması nəzərdə tutulub”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Maliyyə naziri Samir Şərifov deyib.
Nazir əlavə edib ki, bu ötən illə müqayisədə 607 milyon manat və ya 18,5 faiz çoxdur.
“Əhalinin aztəminatlı hissəsinin ali təhsilə çıxışını asanlaşdırmaq üçün bu il 102 milyon ayrılacaq”, - nazir bildirib.