16 Noyabr 2021 12:02
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın əməkdar artisti, aktyor Məcnun Hacıbəyov vəfat edib.

Teleqraf.com xəbər verir ki, aktyor bu gün səhər saatlarında 86 yaşında dünyasını dəyişib. Onun koronavirus səbəbindən həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, Məcnun Salam oğlu Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonun İkinci Nügədi kəndində doğulub. Orta təhsilini bu kəndin məktəbində alıb. O, 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsini bitirib.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarına çəkilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər