16 Noyabr 2021 12:54
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov vəfat edib.

Teleqraf.com xəbər verir ki, o, COVID-19-dan dünyasını dəyişib.

S.Qurbanov bir müddətdir Türkiyənin Alaniya şəhərində müalicə alırmış.

Qeyd edək ki, Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub.

1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirib. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının dosentidir. 1987-ci ildən ümumukrayna və ümumittifaq sərgilərində iştirak etməyə başlayıb. 1991-ci ildən Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvüdür. Ukraynanın Kiyev şəhərindəki "Səməd Vurğun", İrpensk şəhərindəki "Zərifə Əliyeva" və digər abidələrin müəllifidir.

2004-cü ildə Ukrayna prezidentinin sərənamı ilə “Ukraynanın əməkdar rəssamı” adına, 2005-ci ildə isə "Ukraynanın Xalq rəssamı" fəxri adlarına layiq görülüb. "Zolotoy yaquar", "Evropeyskoye kaçestvo", "Vısşaya proba", "Zolotoy merkuriy", "1000-letiye" kimi dövlət və beynəlxalq mükafatlar laureatıdır.

2006-cı il martın 13-də Azərbaycan Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər