16 Noyabr 2021 13:58
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya ilə bağlı məhdudiyyətlərin tətbiqi ilə əlaqədar Operativ Qərargaha heç bir müraciət edilməyib.

Teleqraf.com-un məlumatına görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hələ ki belə bir şey nəzərdə tutulmayıb, vəziyyət nəzarət altındadır.

"Hazırda bununla bağlı əlavə tədbirlər düşünülmür", - deyə T.Musayev bildirib.

Ölkədə pandemiya ilə bağlı vəziyyət qənaətbəxşdir.

Teleqraf.com xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.

O bildirib ki, vəziyyət daha da stabilləşməyə doğru gedir:

"Artıq bu ilin yanvar ayından vaksinasiya kampaniyası uğurla həyata keçirilir. Məqsəd qrupunun 60 faizdən çoxu hər iki dozanı qəbul edib. İkinci dozadan 6 ay keçmiş insanları buster dozanı almağa dəvət edirik. Orada heç bir sıxıntı yoxdur. Bununla əlaqədar deyə bilərəm ki, ölkəmizdə COVID-19 infeksiyasının yayılması ilə bağlı vəziyyət stabildir. Get-gedə də vəziyyət stabilləşməyə doğru getməlidir. Təbii ki, əfsuslar olsun ki, virus daim mutasiyaya uğrayır, yeni ştammlar yaranır. Beynəlxalq əlaqələr, insanların gediş-gəlişi ilə əlaqədar da yeni ştammlar yayılır. Buna baxmayaraq vaksinasiyanın uğurla həyata keçirilməsi və əhalinin mühüm hissəsinin vaksin qəbul etməsi onu deməyə əsas verir ki, ölkəmizdə pandemiya ilə bağlı vəziyyət qənaətbəxşdir", - Teymur Musayev deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər