16 Noyabr 2021 15:25
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis fasilədən sonra gələn ilin dövlət büdcəsinin müzakirəsinə başlayıb.

Teleqraf.com xəbər verir ki, hazırda deputatlar büdcə ilə bağlı çıxış edirlər.

Komitə sədri Musa Quliyev deyib ki, büdcə müzakirəsi zamanı deputatların əksəriyyəti danışmaq, öz dairələrində problemləri qaldırmaq istəyirlər.

Deputat təklif edib ki, hamıya söz çatması üçün çıxışlar 5 dəqiqəyə endirilsin.

Spiker Sahibə Qafarova komitə sədrinin təklifini dəstəkləyib və reqlamentin bu şəkildə davam etməsi ilə əlaqədar deputatların fikirini öyrənib.

Sonda qərara gəlinib ki, 5 dəqiqəlik reqlament müəyyən edilsin.


Müəllif: Nemət

Oxşar xəbərlər