16 Noyabr 2021 17:55
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər sosial şəbəkələrdə ana südü verənlərə əks-göstəriş sertifikatının verilməsinin dayandırıldığı barədə məlumatlar yayılıb.

Teleqraf.com məsələni aydınlaşdırmaq üçün Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb.

Səhiyyə Nazirliyinin əks-göstərişlə bağlı yaradılan "Xüsusi Komissiya"sından sorğumuza cavab olaraq verilən məlumatda qeyd olunub ki, ana südü verənlərə əks-göstəriş sertifikatının verilməsinin dayandırılması barədə yayılan məlumatlar əsassızdır.

Qeyd edək ki, əks-göstəriş sertifikatı üçün vətəndaş qeydiyyatda olduğu ərazi poliklinikasına müraciət etməlidir.

Poliklinika həmin müraciət edən şəxsdən vaksinin əks-göstəriş olması üçün əsas tələb edir. Vətəndaş da bunun üçün poliklinikaya lazım olan epiqriz və ya digər sənədləri təqdim edir. Şəxsin sənədləri poliklinika tərəfindən toplanaraq xüsusi komissiyaya göndərilir. Həmin komissiya sənədləri və xəstəlik növünü araşdırandan sonra qərar verir və həmin qərarı vətəndaşa göndərir.

Komissiyadan müsbət cavab alan vətəndaş https://kabinet.its.gov.az/ saytında təklif olunan 4 üsuldan biri vasitəsilə qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pəncərəsi seçilməlidir. Daha sonra vətəndaşlar sağ tərəfdə yerləşən digər xidmətlər pəncərəsinə daxil olaraq "Əks göstəriş sertifikatı" bölməsini seçərək, qeyd olunan sertifikatı telefona elektron formada yükləyə, eyni zamanda "Screenshot" edib fotosunu telefonun yaddaşında saxlaya bilərlər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər