17 Noyabr 2021 15:59
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təcrübə və Təqaüd Proqramları” MMC “Teleqraf” Media Qrupu ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Teleqraf.com xəbər verir ki, anlaşma memorandumunu “Təcrübə və Təqaüd Proqramları” MMC-nin rəhbəri Şahin Sərdarlı ilə “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı imzalayıb.

Müqaviləyə əsasən, təhsil alan və təhsilini başa vurmuş gənclər “Teleqraf” Media Qrupuna daxil olan 3 saytda - “Publika.az”, “Axar.az” və Teleqraf.com” saytlarında təcrübə keçərək praktiki biliklərini təkmilləşdirəcəklər.

Proqram müddəti minimum 1 ay nəzərdə tutulub və hər ay davam edəcək. Təcrübə müddəti başa çatdıqdan sonra təcrübəçiyə proqramı müvəffəqiyyətlə başa vurmasını göstərən sertifikat təqdim ediləcək.

Qeyd edək ki, proqram təcrübəçi ilə müəssisə arasında təcrübə təminatçısı rolunu oynayır. Layihənin məqsədi tələbə gənclərin fərdi inkişafına, uğurlu mütəxəssis kimi formalaşmasına dəstək olmaq, eləcə də müəssisələrin kadr potensialını zənginləşdirməkdən, dövlətimizə və cəmiyyətimizə faydalı olacaq mütəxəssislərin yetişməsinə və dövlətin gənclər siyasətinə kiçik töhfə verməkdən ibarətdir.

Qeydiyyat prosesi haqda məlumat almaq istəyənlər “Təcrübə və Təqaüd Proqramları” MMC-nin rəsmi saytında və səhifəsində tanış ola bilərlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər