Uşaq hüquqlarının bütün sahələr üzrə meyarlarının müəyyənləşdirilməsi ilə bağlı sənəd üzərində iş aparılır.
Teleqraf.com xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu günə qədər belə bir sənəd mövcud olmayıb:
"Bu sənəd çərçivəsində müəyyən kriteriyalar müəyyənləşdilir. Sənəd hazırdır və aidiyyəti qurumlara göndərilib. Eyni zamanda uşaqlara sosial xidmət göstərən mərkəzlərin keyfiyyət göstəricilərinə dair tələblər müəyyənləşdirilir.
Fövqəladə vəziyyətlərdə və digər çətin şəraitlərdə uşaqların hüquqlarına təhlükısiz əlçatanllğının təmin edilməsi və bərabərliyin gözlənilməsi sənədi üzərində də iş gedir".