15 Noyabr 2014 13:26
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi axşama doğru arabir güclənəcək.


Havanın temperaturunun gecə 8-11, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.


Bölgələrin hava durumuna gəlincə isə, hava şəraitinin qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.


Müəllif: