2021-ci ilin yanvar-oktyabr aylarında Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 25,5 faiz azalaraq 55,6 milyon nəfər olub.
Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ümumilikdə 2021-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda sərnişin daşınması 5,9 faiz azalıb.
2021-ci ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 959,7 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 93,9 faizi avtomobil nəqliyyatı, 5,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.