Tanınmış şair-publisist, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəylinin yeni kitabı işıq üzü görüb.
Teleqraf.com xəbər verir ki, kitab “Dənizçilərimiz Vətən müharibəsində” adlanır.
“Elm və Təhsil” nəşriyyatında çap olunan 320 səhifəlik kitab “DSD” İB-nin lahiyəsi olaraq 2.000 tirajla dərc olunub.
Kitabın redaktoru Hüseyn Sözlü, tərtibatçısı Fərrux Həmidlidir.
Kitabda 300 nəfərə yaxın I və II Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi və işğaldan azad edilməsində misilsiz qəhrəmanlıq göstərərək şəhid və qazi olan Azərbaycan dənizçisinin və dənizçi övladlarının döyüş yolundan bəhs olunur.