"Əlillik təyinatı ləğv olunmur və ya kəsilmir. Əlilik müddətli təyin olunur. Müddət ona görə təyin olunur ki, şəxs həmin vaxt ərzində reabilitasiya ola bilər, yəni sağala bilər. Buna görə əlillik müddətli təyin olunur".
Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib.
Agentlik sədri qeyd edib ki, müddət bitəndən sonra əlillik səviyyəsi yenidən yoxlanılır:
"Əlilliyi olan şəxslər bu müddəti diqqətdən qaçırmasın. Agentliyin komisiyyası və ekspertləri elektron sistemdəki məlumatlar əsasında bu şəxsləri görmədən yenidən təyinat aparırlar".