24 Noyabr 2021 11:29
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Coğrafiya fənni heç bir qrupdan çıxarılmayıb və ya heç bir qrupa daxil edilməyib. Biz 3-cü qrupa imtahan verən abituriyentlər üçün əlavə imkam yaratmışıq. Onlar indiyədək 3-cü qrupa hazırlaşırdılar və hazırlığı davam etdirə bilərlər. 3-cü qrupa əlavə ixtisaslar daxil olub deyə onlar istəsələr həmin əlavə ixtisasların müsabiqəsində iştirak edə bilərlər.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, 3-cü qrupda Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisaslarına hazırlaşmayan abituriyentlər coğrafiya fənnindən imtahan verməyə məcburi deyil:

"Coğrafiya fənni orta məktəbdə də tədris olunur. Bu fənnin müasir dünyada necə vacib olduğunu hər birimiz bilirik. Beynəlxalq münasibətlərlərlə gələcəkdə məşğul olacaqsan şəxs coğrafiyanı əzbər bilməlidir. Hesab edirik ki, burada bir problem yoxdur.

Ola bilər, 2-ci qrupa hazırlaşıb, həmin ixtisası seçən abituriyentlər üçün də çətinlik yoxdur. Onlar 3-cü qrupa sənəd verəndə ədəbiyyat fənnindən imtahan verməyəcəklər. Ərizə formasında yalnız Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisaslarını seçəcəklərini qeyd edəcəklər. Amma hər bir şəxs öz istəkləri və imkanlarına görə uyğunlaşmalıdır. Sadəcə bir az əmək sərf etmək lazımdır".

DİM sədri qeyd edib ki, imtahan suallarının hazırlanması prosesi başlanılıb: "Bu fənn bizdə 20 ildən çoxdur formalaşıb. Yeniliklər təkcə coğrafiya fənnindən ibarət deyil. Bizim ən müasir tariximiz, Zəfər tarixi də imtahan suallarına salınacaq. Coğrafi-iqtisadi regionlarımızla bağlı prezidentin fərmanına əsasən məqalələr hazırlamışıq. Bu məqalələr bizim "Abituriyent" jurnalının 1-ci sayında dərc olunacaq.

Coğrafiya və müasir tarix fənni ilə əlaqədar proqramda ötən il də dəyişikliklər var idi. Tarix fənnində olan dəyişikliklər ötən il imtahanda tətbiq olunmuşdu".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər