Bu ilin aprelin 1-nə olan statistikaya əsasən sahibkarlıq sahəsində qadınların göstəricisi 27 faiz olub.
Teleqraf.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Dövlət Qulluğunda Gender Bərabərliyi üzrə Kurikulum” vəsaitinin təqdimat mərasimində deyib.
O bildirib ki, dövlət qulluğuna qəbul zamanı fərdin malik olduğu bilikləri nə dərəcədə tətbiq etməsi vacib məsələlərdəndir:
"Dövlət qulluqçularının 7 339-u qadınlar olub. 2019-cu il üzrə müsahibələrdə uğur qazananlar arasında daha çox kişilər olub. Qadınlar yaxşı nəticələr göstərsələr də, vəzifələrə seçimlərdə geri qalıblar".